AZ

Ağstafada dönərdən 9 nəfər zəhərləndi

Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri 2021-ci il təvəllüdlü Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə, 2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır. Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.22:24Ağstafada 9 nəfər dönərdən zəhərlənib.Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 17:15-dən 21:40-a qədər 9 nəfər (2-si kişi, 7-si qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar.

Onlara zəruri tibbi yardım göstərilib, 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 6 nəfərin isə müalicəsi davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Seçilən
59
14
metbuat.az

10Mənbələr