AZ

Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunanlar evə buraxılıblar – YENİLƏNİB

Ağstafada dönərdən zəhərləndikləri ehtimal olunan sakinlər evə buraxılıblar.

 Ağstafa Mərkəzi Rayon Xəstəxanasına qida zəhərlənməsi ilə müraciət edən 10 nəfərə zəruri tibbi yardım göstərilib daha sonra evə buraxılıblar.

Xatırladaq ki, zərərçəkənlərin Ağstafa şəhərində fəaliyyət göstərən kafelərin birindən alınmış dönərlərdən zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

23:29
Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin sayı 10-a çatıb.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri – A.O.E. (2021), Abbasova Nərmin Elvin qızı (2006), Məmmədli Mahirə Yavər qızı (1997), M.Z.H. (2020), Rəhimova Mehriban Vasif qızı (1971), S.H.C. (2008), S.G.C. (2015), Y.F.V. (2013), Rəhimova Həmayə Əbülfət qızı (1944), Əsədli Zaman Mehman oğlu (2004).

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 

Faktla bağlı araşdırma aparılır.

22:26
Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin adları məlum olub.

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri, 2021-ci il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə, 2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 

Faktla bağlı araşdırma aparılır.

21:36
Ağstafada 9 nəfər qidadan zəhərlənib

"Report"un Qərb bürosunun məlumatına görə, üçü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.
 
 
 
 

Seçilən
61
6
7news.az

10Mənbələr