AZ

"Səhiyyəyə 1 milyard, təhsilə 4 milyard manatdan çox vəsait ayrılıb" - Baş nazir

“Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılmışdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.


Baş nazir qeyd edib ki, hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.

 

Ə.Əsədov təhsil xərclərindən də danışıb:

 

“Hesabat ilində təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılmışdır (artım 10,3%).

2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılmışdır. Xüsusi vurğulamaq istərdim ki, ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı. Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır”,- baş nazir bildirib.

 

Firuzə Əliyeva

Seçilən
13
6
sfera.az

9Mənbələr