AZ

Keçən il investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb



"Keçən il təhsilin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili, beynəlxalq rəqabətliliyin təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində tədbirlər həyata keçirilib. Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb".

Newscenter.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib. Baş nazir bildirib ki, 2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb:

"Xüsusi vurğulamaq istərdim ki, ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başladı. Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır".

Süleyman
Seçilən
15
1
newscenter.az

9Mənbələr