AZ

Azərbaycan derbisinin vaxtı açıqlanıb

Misli Premyer Liqasında XXXI turun oyun cədvəli bəlli olub.

İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Turun mərkəzi görüşündə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Azərbaycan derbisi aprelin 19-da baş tutacaq. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
XXXI tur
18 aprel (cümə)


19:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
“Liv Bona Dea Arena”

19 aprel (şənbə)
17:30. “Sabah” – “Səbail”
“Bank Respublika Arena”

20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu

20 aprel (bazar)
16:30. “Şamaxı” – “Kəpəz”

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

İdman.biz

Seçilən
12
16
idman.biz

10Mənbələr