AZ

Murad Vəliyev üçün 90 dəqiqə və növbəti məğlubiyyət

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Estoniya çempionatında 2024-cü il mövsümünün 8-ci turunun oyunları keçirilib.

“Nomme Yunayted” bu turda səfərdə “Parnu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

“Nomme Yunayted”ə fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ cinah vingeri olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 8 oyuna çıxıb və 1 qola, 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 10 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 8 turdan sonra 4 xalla 10 iştirakçı arasından sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43215
Abdullahianın cəsədi tapıldı - FOTO
30079
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24667
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
22740
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20030
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17239
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15102
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11690
Helikopterin qalıqları tapılıb
11657
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8068
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7115
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6948
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6839
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5874
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5465
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5245
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4439
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3948
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
3759