AZ

Anton Krivotsyuk “Seul”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon Hana Sitizen” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 9-cu turu çərçivəsində “Seul”la qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydandan inamlı qələbə ilə ayrılıb – 3:1.

Anton bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon Hana Sitizen” 9 turdan sonra topladığı 9 xalla 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda 9 oyunda 2 qələbə qazanıb, 3 heç-heç edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 35 matça çıxıb, 1 qola imza atıb.

Seçilən
90
5
Mənbələr
Şərh ()
Bağla