Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 1-də və 2-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot,1 tapança, 1 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 4 patron darağı və409 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.