EN

Zaqatalada ağır qəza: 1 ölü, 7 yaralı

Zaqatalada yol qəzası baş verib.

KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib.

“Mercedes”, “Niva” markalı minik avtomobilləri və “Ford” markalı inkassatorun toqquşması nəticəsində bir nəfər – “Niva”-nın sürücüsü, 1959-cu il təvəllüdlü Zaqatala rayonu Sabunçu kənd sakini Şəmsəddin Yunusov ölüb.

Yol qəzasında 7 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.

Qəza nəticəsində 1987-ci il təvəllüdlü Zaqatala sakini Şəhla Məmmədova, azyaşlılar Murad Əliyev və Məhəmməd Əliyev, Zümrüd Əhmədova, 1996-cı il təvəllüdlü Şükür Allahverdiyev, 1980-cı il təvəllüdlü Elşən Süleymanov, 1978-ci il təvəllüdlü Səbuhi Əliyev xəsarət alıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

ZaqataladaZaqatalada

Chosen
4
5
konkret.az

6Sources