EN

Ağstafada 10 nəfər dönərdən zəhərlənib - ADLAR - YENİLƏNİB

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin sayı 10-a çatıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri – A.O.E. (2021), Abbasova Nərmin Elvin qızı (2006), Məmmədli Mahirə Yavər qızı (1997), M.Z.H. (2020), Rəhimova Mehriban Vasif qızı (1971), S.H.C. (2008), S.G.C. (2015), Y.F.V. (2013), Rəhimova Həmayə Əbülfət qızı (1944), Əsədli Zaman Mehman oğlu (2004).

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafada dönərdən zəhərlənən şəxslərin adları məlum olub.

Avtosfer.az-ın yerli bürosunun məlumatına görə zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

**

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

Belə ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Hazırda zəhərlənən şəxslərə xəstəxanada ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
62
6
avtosfer.az

10Sources