EN

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

"Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.

Bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.

ABŞ prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb

Agentlik "Azadlıq radiosu” media korporasiyasına və Amerikanın Səsi radiostansiyasına nəzarət edir.

Agentliyin məktubunda "Azadlıq radiosu”nu maliyyələşdirən ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib.

Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini "Azadlıq Radiosu” media korporasiyası və Amerikanın Səsi radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.

Xatırladaq ki, 1970-ci illərin əvvəllərinə qədər "Azadlıq radiosu” Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirməsi qanunla qadağan edilib.

Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxandan sonra qadağa götürülüb və maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb.

Bir sıra ekspertlər qeyd edirlər ki, "Azadlıq” radiosu "demokratik dəyərlər” bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğuldur.
 
 

Chosen
19
10
7news.az

10Sources