Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar yoxdur.
Bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov "APA-Economics"in reysin bu ilin 1 may tarixindən açılması ila bağlı Gürcüstan tərəfinin yaydığı məlumat barədə sualını cavablandıraraq bildirib.
"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı bir açıqlama etmişdı amma, gördüyüz kimi, bizim mətbuatda bununla bağlıbir xəbər yoxdur və bizdə bununla bağlı məlumat gözləyirik", - Azər Fərəcov qeyd edib