EN

UFC döyüşləri Azərbaycanda keçirilə BİLƏR – VİDEO

Azərbaycanın UFC turnirinə ev sahibliyi edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Ariel Helvani məlumat yayıb.

Onun sözlərinə görə, döyüşlər bu ilin iyununda baş tutacaq. Danışıqlar son mərhələdədir.
 

Sözügedən məlumat təsdiqini taparsa, bu, Azərbaycanda ilk UFC (Ultimate Fighting Championship) turniri olacaq. Belə olan halda Azərbaycanın UFC döyüşçüləri Nazim Sadıxov və Rafael Fiziyevin də Bakıda döyüşəcəyini gözləmək lazımdır.


Qeyd edək ki, UFC qarışıq döyüş sənəti üzrə ən nüfuzlu təşkilat hesab olunur.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda Yaponiya promosyonu olan Rizin turniri keçirilib.


Bizim.Media

Chosen
12
5
bizim.media

10Sources