Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb...
"Report"un Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşıb.
***
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
"Report"un Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
***
Sumqayıtda yanan tikilinin narkotik istifadələri üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.
"Report"un Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
***
"Report"un xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.
FHN-dən "Report"a fakt təsdiqlənib.
Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Poliqon.info