Türkiyənin Hatay vilayətində 3,9 maqnitudada zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar əsasən Samandağ rayonunda yerli vaxtla saat 22.29-da qeydə alınıb.
Zəlzələ ocağı yerin 7 km dərinliklərində yerləşib.
Mütəxəssislər əhalini ehtiyatı əldən verməməyə çağırıb və təkrar təkanların istisna edilmədiyi barədə xəbərdarlıq ediblər.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта