RU

Azərbaycan güllə atıcılığı komandası Avropa Çempionatında bürünc medal qazandı

Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi növbəti uğura imza atıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin Trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma komanda bürünc medal qazanıb.

Üçüncü yer uğrunda keçirilən həlledici qarşılaşmada komandamız Almaniya təmsilçilərinə 16:14 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Çempionatın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya komandası olub.

Избранный
22
3
90deqiqe.az

10Источники