RU

XII Qlobal Bakı Forumu I Şarl Mişel çağırış etdi

Bunu XII Qlobal Bakı Forumu çərçivəsində Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel deyib. Onun sözlərinə görə, bir-birini eşitmək, dialoq qurmaq və qərarların birgə qəbulu və prioritetlərin müəyyən edilməsinin ən yaxşı yollarını tapmaq imkanından yararlanmaq vacibdir.

“Bizim hər birimizin tarixi, mədəni özəllikləri və adət-ənənələri var, amma mən əminəm ki, beynəlxalq münasibətlər doğru seçim etmək üçün müdriklik, böyük siyasi iradə və yəqin ki, böyük cəsarət tələb edir”.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Избранный
13
3
azvision.az

5Источники