Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada qələbə paradında iştirak edəcək.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ermənistanın Baş naziri Rusiya Prezidentinin dəvətini qəbul etdiyini təsdiqləyib və mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirak edəcək”, - məlumatda qeyd olunur.