RU

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

Bakı, 15 mart, AZƏRTAC

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstan seçməsi ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı gürcüstanlı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri üz-üzə gələcəklər.

 

 

 

Избранный
21
2
azertag.az

9Источники