RU

“Trampın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməsi mümkündür” – BBC

 

“Atəşkəsin yaxın gələcəkdə əldə olunacağı barədə perspektivlər qeyri-müəyyəndir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasındakı danışıqların mümkün nəticələrini təhlil edən “BBC” nəşri yazıb.

Məqalədə bildirilib ki, Trampın optimizminə baxmayaraq, Ukrayna müharibəsi ilə bağlı atəşkəs perspektivi hələ də qeyri-müəyyəndir.

Qeyd olunub ki, Ukrayna prezidenti Vladimir Zelenski Putini atəşkəsi təmin etmək üçün diplomatik səyləri “sabotaj etməkdə” ittiham edib və ABŞ-ni Rusiyaya daha çox təzyiq göstərməyə çağırıb:

“O, müharibənin yalnız “Amerikanın gücü” ilə sona çatacağına inanır. Putin atəşkəsə hazır olduğunu bəyan etsə də, müzakirə olunan şərtlərlə bağlı çoxsaylı suallar irəli sürür, xüsusən də cəbhə xəttində atəşkəsin izlənilməsi və pozulması ilə bağlı məsələlərində… Zelenski isə bunun həllinin yalnız ABŞ və Avropa tərəfindən təmin ediləcək müşahidə və kəşfiyyat imkanları ilə mümkün olduğunu vurğulayır”.

Nəşr yazır ki, Moskva və Kiyev arasında atəşkəsin əldə edilməsi çətin görünür, çünki Putin, NATO-nun genişlənməsi və Ukraynanın suverenliyi ilə bağlı prinsipial tələblərini irəli sürür:

“Bu məsələlər Ukrayna üçün ciddi maneələr yaradır, ona görə ki, atəşkəsdən sonra bu məsələlərin həlli ehtimalı çox azdır. G7 ölkələrinin xarici işlər nazirləri Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edərkən, Zelenski Rusiyanı müharibənin davam etdirilməsi və diplomatiyanın pozulmasına səbəb olan yeganə tərəf olaraq görür. Ukrayna lideri, Rusiyanın gecikdirmə taktikasını qəbul etməyərək, Qərbi Putinə daha çox təzyiq göstərməyə çağırır”.

“Nəticə olaraq Trampın və ABŞ-nin qərarları mühüm əhəmiyyət kəsb edir. Trampın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməsi Ukraynaya isə əlavə hərbi və kəşfiyyat dəstəyi verməsi mümkündür. Digər tərəfdən, o, Rusiyaya müqavilə bağlanması üçün güzəştlər təklif edə bilər ki, bu da Kiyevdə narahatlıq doğurur. Atəşkəsin yaxın gələcəkdə əldə olunacağı barədə perspektivlər qeyri-müəyyəndir, çünki həm ABŞ, həm də Rusiya arasında müzakirələrdə mövqelər arasında böyük fərqlər var”, – deyə məlumatda qeyd olunub.

Nəsimi Ələsgərli

Избранный
45
50
yenicag.az

10Источники