RU

Dördmərtəbəli binada PARTLAYIŞ: 3 nəfər ölüb, 12 nəfər yaralanıb - VİDEO

Suriyanın Latakiya şəhərində evdə baş verən partlayış nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, partlayış şəhərin cənubundakı Er-Raml məhəlləsində dörd mərtəbəli binanı dağıdıb.

Xilasedicilər və yerli sakinlər yaralıların və itkin düşənlərin axtarışını davam etdirirlər.

Hadisənin səbəbləri aydınlaşdırılır.


Bizim.Media

Избранный
20
bizim.media

1Источники