RU

"Böyük Britaniya və Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyi müzakirə edəcək" - "Bloomberg"

 
"Tərəflər o cümlədən Rusiyanın dondurulmuş aktivlərinin mümkün müsadirəsinin hüquqi təminatını necə təşkil etməyi müzakirə edəcək..."
 
Böyük Britaniya və Avropa İttifaqı hakimiyyət orqanları Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini və öz müdafiə xərclərinin artırılmasını müzakirə edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
 
Nəşrin məlumata görə, bu addım Ukraynaya qarşı müharibənin başa çatdırılması ilə bağlı sülh danışıqları başlamazdan öncə Rusiyaya təzyiqi artırmaq məqsədi daşıyır.
 
Xüsusilə Böyük Britaniya xarici işlər naziri Devid Lemmi və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Avropa müdafiəsinin maliyyələşdirilməsini necə artırmaq və silahlı qüvvələrin döyüş hazırlığını yüksəltmək yollarını müzakirə edəcək.
 
Mənbələrin sözlərinə görə, tərəflər həmçinin Rusiyanın dondurulmuş aktivlərinin mümkün müsadirəsinin hüquqi təminatını necə təşkil etməyi müzakirə edəcək.
 
Onların sözlərinə görə, bu məsələdə Belçika və Almaniyanın müqavimətinə baxmayaraq, razılığa gəlmək mümkün ola bilər. Həmişə olduğu kimi, bu ölkələr müsadirənin beynəlxalq hüquq normalarını poza biləcəyindən və avronun vəziyyətinə təsir edəcəyindən narahatdır.
 
Bundan əlavə, Lemmi və Kallas Ukrayna ilə əməkdaşlığın necə koordinasiya ediləcəyini də müzakirə edəcək. "Bizim Avropa İttifaqı ilə tərəfdaşlığımızı gücləndirməyimiz və müharibəni dayandırmaq, təhlükəsizliyi təmin etmək üçün birlikdə işləməyimiz həyati əhəmiyyət kəsb edir", - Lemmi Ukrayna məsələsini şərh edib.
 
Nəşrin qeyd etdiyinə görə, Rusiyaya təzyiq göstərmək məqsədilə Avropanın göstərdiyi səylər ABŞ prezidenti Donald Tramp və Rusiya diktatoru Putinin bugünkü görüşü ərəfəsində həyata keçirilir.
 
Rusiya aktivlərinin taleyi
 
Martın 4-də Ukrayna baş naziri Denis Şmıqal bildirib ki, Ukrayna müsadirə edilən 300 milyard dollarlıq Rusiya aktivlərini almağı planlaşdırır və əlavə edib ki, bu məbləğ belə Rusiyanın vurduğu bütün ziyanı ödəmək üçün yetərli deyil.
 
Fevral ayında "Reuters" məlumat verib ki, Kreml dondurulmuş aktivlərin Ukraynaya verilməsinə sülh danışıqları çərçivəsində razılıq verə bilər.
Избранный
17
8
moderator.az

9Источники