RU

Britaniya və Aİ mümkün atəşkəsdən əvvəl Ukraynaya silah tədarükünü sürətləndirmək niyyətindədir

Bakı. Trend:

Böyük Britaniya və Avropa İttifaqı mümkün atəşkəsdən əvvəlUkraynaya silah tədarükünün sürətləndirilməsi ilə bağlı danışıqlaraparır.

Trend xəbər verirki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lemmi"Bloomberg" agentliyinə müsahibəsində bildirib.

“Biz Ukraynanı hərbi və iqtisadi baxımdan maksimum güclü mövqeyəgətirmək niyyətindəyik. Biz sülhün bərqərar olmasını istəyirik,lakin sülh güc vasitəsilə əldə edilir. Bu o deməkdir ki, Ukraynamüharibənin yenidən başlanması ehtimalına qarşı mümkün qədər güclümövqedə olmalıdır”, – Lemmi vurğulayıb.

Onun sözlərinə görə, Ukraynaya əlavə hərbi yardımın göstərilməsiməsələsi martın 18-də Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas iləmüzakirə edilib. Bundan əlavə, məsələ ötən həftə Kanadada YeddilikQrupuna daxil olan ölkələrin XİN başçılarının görüşündə də gündəmdəolub.

Избранный
6
8
az.trend.az

9Источники