Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya 2-ci bundesliqasında bu gün keçirilən “Yan Reqensburq” - “Nürnberq”matçının iştirakçısı olub.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu ehtiyat heyətdə yer alıb, 78-ci dəqiqədə isə Janis Antistin əvəzinə meydana daxil olub.
Emreli qol vura bilməyib.
Onun komandası isə 11-ci dəqiqədə Antistin qolu ilə hesabda önə keçsə də, sonradan 2 qol buraxaraq (Flik, 47-avtoqol., Ganaus, 55) uduzub - 1:2.
27 oyundan 41 xalı olan “Nürnberq” hazırda 8-ci yeri tutur.
Emreli bu mövsüm alman təmsilçisi ilə bütün turnirlərdə 18 oyunda meydana çıxıb, 4 qol vurub.