Sabah paytaxt Bakıda havanın temperaturu kəskin dərəcədə yüksələcək.
Gün ərzində paytaxt ərazisində hava 26-31° isti olacaq ki, bu da mövsüm üçün kifayət qədər yüksək göstəricidir. Gecə saatlarında isə 12-16° isti gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz isə 40-45 % olacaq.
Yenisabah.az xəbər verir ki, bu göstəricilər sağlam insanlar üçün narahatlıq doğurmasa da, bəzi həssas qruplar üçün müəyyən çətinliklər yarada bilər.
Sabahkı havanın mənfi və müsbət cəhətlərinə nəzər salaq. İnsanlar üçün bu cür havanın müsbət tərəfi odur ki, isti hava əsasən açıq hava şəraitinin üstünlük təşkil etməsi insanların gəzintilərini və açıq havada fəaliyyətlərini rahat şəkildə planlaşdırmasına imkan verir. Gündəlik işlərini çöldə görənlər, o cümlədən sürücülər və satıcılar üçün əlverişli şərait yaranır. Mülayim külək isəs sərinləşdirici şimal-qərb küləyi günün isti saatlarında rahatlıq verə bilər.
Bununla belə mənfi cəhətləri də görməzdən gəlmək olmaz. Günorta saatlarında temperaturun 30 dərəcəni keçməsi xüsusilə ürək-damar xəstəliyi olanlar, yaşlı insanlar və uşaqlar üçün təhlükəli ola bilər. Bu şəxslərə günün isti saatlarında açıq havaya çıxmamaq tövsiyə olunur. Gündüz saatlarında rütubətin azalması dərinin qurumasına və susuzluq hissinin artmasına səbəb ola bilər. Bu isə xüsusilə allergiyası və tənəffüs problemi olan insanlar üçün çətinlik yarada bilər. Avtomobil idarə edən sürücülər üçün görünüş məsafəsi azala bilər. Bu səbəbdən səhər saatlarında yollarda ehtiyatlı olmaq məsləhətdir.
Diqqətinizə çatdıraq ki, 8 aprel günü havanın əsasən əlverişli olacağı proqnozlaşdırılsa da, bəzi insanlar – xüsusilə xroniki xəstəlikləri olanlar – diqqətli olmalıdırlar. Havanın dəyişkənliyinə uyğun olaraq gün ərzində bədənə uyğun geyim və maye qəbulu vacibdir.
Aytac Şahin
Telegram kanalımız