AZ

Latviyadakı rus diplomatı persona non qrata kimi tanınıb

Latviya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı persona non qrata elan edib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə RİA Novosti yazır.

 

Diplomatın ölkədən çıxarılması “Latviya dövlətinin dövlət qurumlarını və hakimiyyət orqanlarını gözdən salmağa və Latviyada cəmiyyət arasında nifrətin qızışdırılmasına yönəlmiş yanlış ictimai ünsiyyət”lə əlaqələndirilib.

 

Ona aprelin 10-dək ölkəni tərk etmək əmri verilib.

 

Bundan əvvəl Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına martın 31-dək Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

 

“Rusiya və onun ən yaxın müttəfiqi Belarus ölkəmizə qarşı müxtəlif növ hibrid hücumlar həyata keçirmək üçün səylərini nümayiş etdirib”, - hesabatda deyilir.

 

Dövlət Təhlükəsizliyi Xidməti əlavə edib ki, əgər martın 31-dək Rusiyaya və ya Belarusa səfər etmək zərurəti yaranarsa, o zaman evdə istənilən elektron daşıyıcıları: smartfonlar, noutbuklar, fleş diskləri tərk etmək daha yaxşıdır. Bu müddətin konkret olaraq nə ilə bağlı olduğu göstərilməyib.

 

Latviyanın baş naziri bir müddət əvvəl NATO-nun Ukraynaya qoşun yeritməyə hazır olmadığını bildirmişdi.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
5
Mənbələr
Şərh ()
Bağla