- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Rusiya Xarici İşlər Nazirliyi Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomatın “persona-non-qrata” elan edilməsinə qərar verdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Latviya daha əvvəl 2 rusiyalı diplomatı “persona-non-qrata” elan edib.
Bəyanatda bunun “əsassız” addım olduğu və bu səbəbdən Latviyanın Moskva səfirliyinin müvəqqəti işlər vəkili Dace Rutkanın nazirliyə çağırıldığı bildirilib.
Açıqlamada aşağıdakılar qeyd olunub:
"Latviyanın Moskvadakı səfirliyində çalışan iki diplomat qarşılıqlılıq prinsipinə və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq deportasiya edilir. Latviya tərəfinə Riqanın Rusiya diplomatlarına qarşı düşmənçilik fəaliyyətini davam etdirərsə, Moskvanın qaçınılmaz ağrılı addımlar atacağı bildirilir".
Kənan Yusif
Sitat.info
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.