AZ

Latviya rusiyalı diplomatı “persona non qrata” elan edib

Latviya Xarici İşlər Nazirliyi rusiyalı diplomatı "persona non-qrata" elan edib.

APA xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.

“Latviya Respublikasının Xarici İşlər Naziri Rusiya səfirliyinin diplomatlarından birini arzuolunmaz şəxs elan etmək qərarına gəlib”, - deyə məlumatda deyilir.

Bildirilib ki, rusiyalı diplomat aprelin 10-dək ölkəni tərk etməlidir.

Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Moskva Latviyanın bu qərarına müvafiq cavab verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
5
Mənbələr
Şərh ()
Bağla