EN

“Naxçıvan”la NTD Azərbaycan Kubokunda yarımfinala yüksəldi

Bu gün kişi basketbolçular arasında Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.

Hər iki qarşılaşma Bakı İdman Sarayında keçirilib. Günün ilk matçında “Şəki” və NTD komandaları üz-üzə gəliblər. Görüş Tahir Baxşıyevin komandasının qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə “Naxçıvan”la “Abşeron” üz-üzə gəliblər. Murat Dikmenin komandası çətinlik çəkmədən qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinə sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.

Azərbaycan Kuboku
1/4 final
11 mart

“Şəki” – NTD 66:71 (16:20, 15:16, 22:23, 13:12)
Bakı İdman Sarayı.

“Naxçıvan” – “Abşeron” 102:60 (28:9, 18:19, 24:13, 32:19)
Bakı İdman Sarayı.

Chosen
21
9
arena.az

10Sources