Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 18-də ümumi çəkisi 32,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 25,6 kiloqramdan artıq marixuana, 3 kiloqramdan çox metamfetamin, 2 kiloqrama yaxın tiryək, 2 kiloqramdan çox həşiş qətranı, həmçinin 2432 ədəd psixotrop tərkibli həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.