RU

Azərbaycan Kuboku: Çempion “Neftçi”yə uduzdu - FOTO

Kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. 

Bizim.Media xəbər verir ki, mərhələnin son günündə iki matç baş tutub. Hər iki görüş Bakı İdman Sarayında keçirilib. 
 

“Sərhədçi” “Gəncə” ilə üz-üzə gəlib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. “Gəncə” mübarizəni yarımfinalda davam etdirəcək. “Sabah" isə “Neftçi”ni sınağa çəkib. Son iki mövsümün çempionu gözlənilmədən uduzub.


Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında NTD və “Naxçıvan” yarımfinala yüksəlib.

Azərbaycan kuboku

1/4 final

12 mart

16:00. “Sərhədçi” – “Gəncə” - 89:94 (22:25, 21:29, 16:20, 30:20)

Bakı İdman Sarayı

19:00. “Sabah – “Neftçi” - 81:85 (21:17, 21:32, 16:21, 23:15)


Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
3
9
bizim.media

10Источники