RU

Bərdədə bina uçdu – TƏFƏRRÜATLAR VİDEO

Eyvanın uçması nəticəsində 1 nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Bərdədə baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfərin - 35 yaşlı Turanə Əliyevanın dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
24
18
xezerxeber.az

10Источники