“Liverpul” Muhammed Salahın əvəzinə türk futbolçunu hədəfləyir.
İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar misirli oyunçunun komandadan ayrılması halında “Yuventus”un futbolçusu Kenan Yıldızı transfer edəcək. Turin klubu ilə danışıqlar yayda start götürəcək.
Rəhbərlik türkiyəli oyunçu üçün 80 milyon avroluq təklif hazırlayır.