AZ

"Real" "Bornmut"un müdafiəçisini almaq yarışında liderdir

"Bornmut"un gənc müdafiəçisi Din Heysen "Real Madrid"lə müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, "kral" klubu 19 yaşlı futbolçunun transferi uğrunda mübarizəyə rəhbərlik edir.

Bildirilir ki, gənc futbolçunu “Real”dan başqa “Liverpul” və “Çelsi” klubları da almaq istəyir.

Adıçəkilən klublar yaxın vaxtlarda ispan futbolçunun agenti ilə danışıqlara başlamağa hazırlaşır.

Heysenin "Bornmut"la hazırkı müqaviləsi 2030-cu ilin iyununa qədərdir. Mütəxəssislər onun transfer dəyərini 42 milyon avro qiymətləndirirlər.

Xatırladaq ki, bu mövsüm Din Heysen "Albalılar"ın heyətində İngiltərə çempionatında 23 oyun keçirib, iki qol vurub və altı sarı vərəqə alıb.

Seçilən
57
50
90deqiqe.az

10Mənbələr