"Bayer Leverkuzen" yay transfer pəncərəsində "Feyenoord"un müdafiəçisi David Hantzkonu almaq istəyir.
90deqiqe.Az xəbər verir ki, Almaniya klubu 27 yaşlı futbolçu ilə maraqlanır. "Bayer" klubu artıq slovakiyalı futbolçunun agenti ilə danışıqlara başlayıb.
Bundan əvvəl mətbuatda PSJ, "Liverpul", "Yuventus" və "Atletiko Madrid"in də Slovakiya millisinin müdafiəçisini almaq istədiyi barədə xəbərlər yayılmışdı. Mütəxəssislər hazırda Hantzkonun transfer dəyərini 32 milyon avro qiymətləndirirlər.
Xatırladaq ki, David Hantzko bu mövsüm "Feyenoord"un heyətində Niderland çempionatında 24 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.