“Real Madrid” klubu müdafiə xəttini gücləndirmək məqsədilə “Bornmut”un gənc müdafiəçisi Din Huijsenin transferi üzərində çalışır.

Offsideplus.az xəbər verir ki, bu keçidi asanlaşdırmaq üçün Madrid təmsilçisi 19 yaşlı türk futbolçusu Arda Güleri “Bornmut”a icarəyə verməyi nəzərdən keçirir.

Məlumata görə, “Real Madrid” Huijsenin transferində “Bornmut”un tələblərini qarşılamaq üçün Arda Gülerin icarəsini təklif edir. Bu addım həm də Gülerin daha çox oyun praktikası qazanmasına imkan yaradacaq.

19 yaşlı mərkəz müdafiəçisi, “Bornmut”un əsas heyətində yer alaraq diqqət çəkib. “Real Madrid” onun gənc yaşına baxmayaraq göstərdiyi performansa görə maraq göstərir və müdafiə xəttini gücləndirmək üçün onu heyətinə qatmağı planlaşdırır.

Hələlik bu transfer planları rəsmi təsdiqini tapmasa da, “Real Madrid”in yay transfer pəncərəsində gənc istedadlarla bağlı aktiv fəaliyyət göstərdiyi məlumdur.