“Feyenoord”un müdafiəçisi David Qansko karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Bayer” 27 yaşlı slovakiyalının xidmətində maraqlıdır. Müdafiəçi özü də Almaniya klubuna keçmək istəyir.
Bu mövsüm Qansko 39 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 32 milyon avro qiymətləndirir.