Almaniya "Bayer"inin (Leverkusen) mərkəz müdafiəçisi Pyero İnkapye İspaniyanın "Real Madrid" klubunun diqqətini cəlb edib.
"Report"un məlumatına görə, bu barədə "Sky Sport" yazıb.
Məlumata görə, “kral” klubu uzun müddətdir ki, müdafiə mərkəzini gücləndirmək variantlarını araşdırır və bu yay sözügedən mövqe üçün azı bir oyunçu cəlb edəcək.
İnkapye keçən il Londonun "Çelsi" və "Tottenhem"ə transfer oluna bilərdi. Bununla belə, dekabrda müdafiəçi "Bayer"lə 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb. 23 yaşlı futbolçunun dəyəri məşhur "Transfermarkt" saytının mütəxəssisləri tərəfindən 50 milyon avro qiymətləndirilib.