AZ

Alexandro Qrimaldo “Real”a mümkün keçidi barədə danışdı

“Bayer”in 29 yaşlı ispan sol cinah müdafiəçisi Alexandro Qrimaldo Madrid “Real”ına mümkün keçidlə bağlı sualı cavablayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, ispan futbolçunun müvafiq cavabını təqdim edir:

– Xabi Alonsonun “Real”ı çalışdıracağı haqda çox danışılır. O, sizi dəvət etsəydi, imtina edərdinizmi?
– Mən, Xabi Alonsonun hansı qərarı qəbul edəcəyini bilmirəm. Bu, ancaq onun qərarıdır. Mənə gəlincə, mən “La Masiya”da (“Barselona”nın futbol akademiyası – redaktorun qeydi) tərbiyə almışam – orada mən bir futbolçu və bir insan olaraq böyümüşəm. Bu da mənim, lap uşaqlıqdan oynamaq istədiyim həmin klubdur.

Mən, uşaqlıqda verdiyim müsahibələri xatırlayıram, onlarda mən deyirdim ki, arzum, “Barselona”nın əsas komandasına düşməkdir. Bu, elə həmişə arzum olaraq qalıb.

Xatırladaq ki, mətbuatda, “Bayer”in ispan baş məşqçisi Xabi Alonsonun gələcəkdə “Real”ın italyan çalışdırıcısı Karlo Ançelottini “qaymaqlılar”ın sükanı arxasında əvəzləyəcəyi haqda uzun müddətdir şayiələr dolaşır.

Alexandro Qrimaldo “Barselona”nın məzunudur. Karyerası ərzində “Benfika”da oynamış Qrimaldo “Bayer”ə 2023-cü ilin iyul ayında Lissabon klubundan azad agent qismində keçib. İspan futbolçunun “əczaçılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Qrimaldo cari mövsümdə “Bayer”in heyətində 40 oyuna çıxıb, 4 qol vurub, 11 məhsuldar ötürmə verib.

Qrimaldonun “əczaçılar”ın heyətindəki çıxışının ümumi mənzərəsi 91 oyun, 16 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Qrimaldo “Bayer”lə Almaniya Bundesliqasının, Almaniya Kubokunun və Almaniya Super Kubokunun qalibi olub.

Alexandro Qrimaldo 2023-cü ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 1 məhsuldar ötürmə verib. Qrimaldo “qırmızı qəzəb”lə 2024-cü il Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı ispan sol cinah müdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
41
50
arena.az

10Mənbələr