AZ

“İstedadı, zövqü, geniş mütaliəsi olan rejissor heç vaxt pyes qıtlığından şikayətlənməz” - ŞƏRH

Pyes sırf teatr, ədəbiyyat məsələsi deyil. Axı pyes həm də aktyor məktəbinin yetişməsi deməkdir. Bu problem əslində mədəniyyətin böyük bir kateqoriyasını iflic edir. Pyesin olmamağı və ya bu sahədə durğunluq çox böyük fəsadlar yaradır.

Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirli mövzu ilə bağlı MediaPost-a açıqlamasında qeyd edib ki, müasir ədəbi proses bir çox rejissorları maraqlandırmır:

alt

“İstedadı, zövqü, geniş mütaliəsi olan rejissor heç vaxt pyes qıtlığından şikayətlənməz. Yerli dramaturqların əsərləri səni qane etmirsə, xarici ölkə dramaturqlarına üz tut. “Azərbaycan” jurnalı ildə neçə pyesə yer verir səhifələrində, hətta ildə bir nömrəsini dramaturgiyaya ayırır. Rejissorlarımızın əksəriyyətinin bundan xəbəri yoxdur. Müasir ədəbi proses onları maraqlandırmır. Vacib deyil ki, pyes olsun, maraqlı nəsr əsərlərini də səhnələşdirmək mümkündür”.

Fidan Ramazan

Seçilən
263
13
mediapost.az

10Mənbələr