AZ

“Aktyor üçün önəmli olan çəkiliş meydançasıdır” - ŞƏRH

Azərbaycanda filmlərin və serialların çəkilməsi üçün dövlət tərəfindən telekanallara dəstək verilir. Büdcədən ayrılan vəsaitlər hesabına çəkilən yerli seriallar nümayiş olunur və bu sahəyə olan maraq günü-gündən artır. Əslində bu, müsbət dinamikadır. Etiraf edək ki, bir çox serialların sujet xətti tənqid hədəfinə tuş gəlir. Belə seriallarda geniş kütləyə təsir imkanları və maarifçilik missiyası əksər hallarda unudulur. Buna səbəb telekanallar arasında reytinq davasıdır.

Teatr və kino aktyoru Rasim Cəfərov mövzu ilə bağlı MediaPost-a açıqlamasında vurğulayıb ki, filmlərin, serialların çox çəkilməsi rəqabət deməkdir:

alt

“Hazırda Azərbaycanda çoxlu sayda seriallar çəkilir. Düzdür, dünya təcrübəsində seriallar ciddi sənət əsəri hesab olunmasa da, bizim yerli kino sənayemizdə ən azından aktyorların çəkilməsi üçün real pavilyon məkanı rolu oynayır. Düşünürəm ki, bu hadisəni müsbət hal kimi qiymətləndirmək lazımdır. Aktyor üçün önəmli olan çəkiliş meydançasıdır. Azərbaycanda bədii filmlər az çəkilir, lakin qeyd edim ki, gənclər tərəfindən çəkilən qısametrajlı filmlərin sayı günbəgün artmaqdadır. Bu, həmçinin kinoya gələn gənc kinorejissorların sayının artmasının göstəricisidir. Ümumiyyətlə, gənclərin kinoya gəlişini alqışlayıram və çox istəyirəm ki, bu, kütləvi hal alsın. Filmlərin, serialların çox çəkilməsi rəqabət deməkdir”.

Fidan Ramazan

Seçilən
298
13
mediapost.az

10Mənbələr