AZ

“Yazıçılarımızın problemi ondadır ki, mağazanı müdafiə etməkdənsə, onu qınayırlar” - ŞƏRH

Ölkəmizdə ənənə halını almaqda olan kitab satışı, yarmarkaları getdikcə daha çox oxucu cəlb etməklə kitab bayramına çevrilir. Satış məkanlarında yerli və dünya ədəbiyyatının tanınmış nümayəndələrinin nəfis çap olunmuş kitablarının düzüldüyü rəflər həm də ədəbi müzakirə meydanı, oxucu ilə yazıçı arasında canlı təmas məkanıdır. Amma ölkədə kitab biznesinin bugünkü vəziyyəti o qədər də ürəkaçan deyil. Hökumət bu vacib sahənin inkişafı üçün bir sıra addımlar atmaqla bu intellektual biznesə yeni nəfəs verməyə çalışır.

Mövzu ilə bağlı tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu MediaPost-a açıqlamasında qeyd edib ki, Azərbaycan kitabı total olaraq Bakıda rus kitabına məğlub olur:

alt

“Müasir Azərbaycan yazıçılarının problemi ondadır ki, mağazanı müdafiə etməkdənsə, mağazanı qınayırlar. Sənin cəmi 5-6 mağazan var. O mağazanı niyə qınayırsan ki? Yazıçı mağazaya dəstək olmalıdır, mağazanın yanında olmalıdır. Sənin kitabın öndə olmaya bilər. Çünki, gündə yüzlərlə kitab gəlir. Azərbaycan kitabı total olaraq Bakıda rus kitabına məğlub olur. Hətta türk kitabına da uduzur. Azərbaycan kitabı hazırda ingilis kitabı ilə yarışır. İndi sənin kitabın satılmırsa, biz bunun üçün nə edə bilərik? Axı kitab dükanları 4-5 min, hətta 12 min manat kirayə haqqı verirlər. Biz milləti sevirik, klassikləri nəşr edirik, amma millət öz kitabını oxumur axı. Üstəlik, millətimiz yalnız o kitab dükanına girən adamlar deyil. Millətimiz hər gün fərqli-fərqli bahalı maşınlar dəyişən, böyük villalar tikdirən insanlardan da ibarətdir. Onlara isə Nizami, Füzuli maraqlı deyil”.

Fidan Ramazan

Seçilən
299
13
mediapost.az

10Mənbələr