AZ

Qvardiola narazılıq etdi: "Mənə də 1 gün vaxt verin"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Real"la ilk oyun öncəsi komandanın təqvimindən narazılığını bildirib.

Sportinfo.az xəbər verir ki, “City Xtra”ya danışan ispaniyalı mütəxəssis bunları deyib:

“Biz aprelin 3-də 20:00-da “Aston Villa” ilə, sonra şənbə günü günorta saatlarında “Kristal Pelas”la oynayırıq. 12:30-da!

Bundan sonra çərşənbə axşamı Madridə yollanacağıq. “Real”ın bizimlə oyuna hazırlaşması üçün doqquz gün var, doqquz gün!

Mənə də bir daha bir gün vaxt verin. Çünki fərq çox böyükdür”.

“Real” – “Mançester Siti” görüşü aprelin 9-da 00:00-da keçiriləcək.

Seçilən
181
23
Mənbələr
Şərh ()
Bağla