AZ

“Real”ın hazırlaşması üçün 9 günü var, 9 gün!” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında “Real”la ilk oyun öncəsi komandanın təqvimini dəyərləndirib.



Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, o, təqvimdən narazılıq edib:



“Biz “Aston Villa” ilə saat 20:15-də (3 aprel), sonra 12:30-da “Kristal Pelas”la oynayacağıq. 12:30-da! Bundan sonra çərşənbə axşamı İspaniyaya gedəcəyik.



“Real”ın hazırlaşması üçün 9 günü var, 9 gün! Düşünmək istərdim: Ah, mənə bir gün daha ver, çünki fərq çox böyükdür”.



“Mançester Siti” aprelin 9-da səfərdə “Real”la qarşılaşacaq. Cavab oyunu aprelin 17-də İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərmancester siti Qvardiola

Seçilən
164
23
Mənbələr
Şərh ()
Bağla